Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni təmsil edən “Kəpəz” Peşəkar Futbol Klubu mövsümün ikinci yarısı üçün məşqlərə start verib.
“İki sahil” xəbər verir ki, bu haqda klubdan məlumat verilib.
Bildirilib ki, yanvarın 5-dək məşqlər Gəncədə olacaq, yanvarın 7-dən isə əsas komanda təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.