İtaliyanın “Roma” klubunun sabiq kapitanı Françesko Totti çirkli pulların yuyulmasında ittiham olunur.
“İki sahil” “La Verita”ya istinadla xəbər verir ki, müstəntiqlər italiyalı məşhur futbolçunun bank hesablarında yoxlamalar aparmağa başlayıb.
Bununla yanaşı, 46 yaşlı Totti Las-Veqas, Monte-Karlo və Londonda kazino sahiblərinə və bukmeyker kontorlarına pul köçürməkdə ittiham olunur.