Transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.
Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. “Krasnodar” da müqavilədəki bu bənddən yararlanıb.
***
Kadi Borges “Qarabağ”dan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib. Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.