04 yanvar 2023 14:34
388

"Qarabağ"ın sabiq futbolçusu bu kluba keçdi

"Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev karyerasını Polşa "Veçistu"sunda davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2,5+1 illik müqavilə imzalandığı bilirilib. Bolqarıstanlı futbolçu  3-cü Liqada mübarizə aparan komandada 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Slavçev 2018 - 2020-ci illərdə "Qarabağ"da oynayıb. Onun son klubu Polşa "Lexiya"sı olub.