04 yanvar 2023 01:52
379

Dino Ndlovu Türkiyə klubunda

Ağdamın "Qarabağ" klubunun sabiq futbolçusu Dino Ndlovu Türkiyə komandasında çıxış edəcək.

“İki sahil” xəbər verir ki,  32 yaşlı hücumçu Türkiyə Birinci liqasında mübarizə aparan "Boluspor" klubu ilə razılığa gəlib.

Qeyd edək ki, hücumçu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022-ci il mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.