03 yanvar 2023 18:32
426

Dino Ndlovu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu  ölkənin 1-ci liqası təmsilçisi "Boluspor"la razılığa gəlib. O, bu gün Türkiyədə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, son klubu  Çin "Çanqçun"unu olan D.Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.