03 yanvar 2023 16:24
450

"Qarabağ" sabah Türkiyəyə gedir

"Qarabağ" qış təlim-məşq toplanışı üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək. 

"İki sahil" klubun saytına istinadən xəbər verir ki,"Gloria Sports Arena"da məskunlaşacaq komanda 3 yoldaşlıq oyunu keçirəcək.

Ağdam təmsilçisi yanvarın 15-i "Poqon" (Polşa), yanvarın 18-i isə "Çukariçki" (Serbiya) və "Rakuv" (Polşa) klubları ilə üz-üzə gələcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.