03 yanvar 2023 03:40
491

"Zirə" legionerlərsiz başladı

“Zirə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yerli futbolçularla hazırlıqlara başlayıb. Legionerlər isə iki gün sonra düşərgəyə qoşulacaq.

Qeyd edək ki, "Zirə" yanvarın 10-da 1, 17-də 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.