02 yanvar 2023 23:00
476

Şahin Diniyevin köməkçiləri müəyyənləşdi

Bu gün “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası keçirilib. 

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi oyunçularla tanış olub. O, məşqçilər heyətinin yeni üzvlərini komandaya təqdim edib.

Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi təyin olunub. Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi təyin olunubsa, Fuad Əsədov qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, “dənizçilər” sabah qış təlim-məşq toplanışı çərçivəsində Antalyaya yola düşəcəklər.