02 yanvar 2023 22:28
393

“Kəpəz” klubu Antalyada Macarıstan, Serbiya və Qazaxıstan klubları ilə qarşılaşacaq

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz” futbol klubunun yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

"İki sahil" kluba istinadla xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə Gəncə təmsilçisi Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcək. Baş məşqçi Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq. Ayın 18-də oynanılacaq sonuncu matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.