02 yanvar 2023 21:44
402

Mbappe və Hakimiyə istirahət verildi

PSJ-nin futbolçuları Kilian Mbappe və Əşrəf Hakimi bir neçə gün istirahət edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Əvvəllər futbolçular PSJ ilə məşqlərə tez bir zamanda başlamaq üçün DÇ-2022-dən sonra istirahətdən imtina ediblər. Onlar Liqa 1-də “Strasburq” (1:0) və “Lans”la (1:3) matçlarda oynayıblar.

Ətraflı

“Hakimi və Mbappe bir neçə gün istirahət edəcəklər. Onların bu iki qarşılaşmada çıxışı nəzərdə tutulurdu" - deyəb PSJ-nin baş məşqçisi Kristof Qaltye "Amazon Prime"a açıqlamasında bildirib.

Futbolçuların yanvarın 6-da "Şatoru" ilə Fransa Kubokunun 1/16 matçını buraxacağı gözlənilir.