10 dekabr 2022 14:39
691

Heydər Əliyev fenomeni!

Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, vətənpərvərlik hissləri çox güclüdür. Elm sahəsində xarüqələr yarada bilir. Ancaq əksəriyyəti vətənpərvərlik, milli, islami dəyərləri azərbaycançılıq məfkurəsini siyasətlə sintez etdirib başladığı işi  başa çatdıra bilmir.

  Tarix boyu mərhumiyyətlərə məruz qalmış Azərbaycan son bir neçə əsrdə parçalanaraq 10milyonluq xalqı olan dövlətə çevrilib. Ən əsası fitnəkar qonşuların xəyanəti  nəticəsindətorpaqlarımız işğal olunurdu. Bu çətin və keşməkeşli dövrdə düzgün, çevik siyasət sahibi olan HEYDƏR ƏLİYEV kimi şəxsiyyət ağır yükün altına çiyinlərini verərək dağıdıcı prosseslərə "dur" dedi.

   Müasir Azərbaycan reallığı məhz  Heydər Əliyev adı, siyasəti və fəaliyyəti ilə bağlıdır.

   XX əsrin ikinci yarısından bəri, XXI əsrin əvvəlləri hansı qurluşdan asılı olmayaraq  HeydərƏliyev rəhbərliyi dönrü Azərbaycanın bütün sahələrdə intibah dövrüdür. Ümumbəşəri xüsusiyyətləri özündə birləşdirən UluÖndər Heydər Əliyev milli dövlətçilik və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur. O, xalqına vətəninə bağlı olan nadir şəxsiyyətlətdəndir. Heydər Əliyev kimi şəxsiyyətlər tarixin ən  çətin və keşməkeşli  dövrlərində milli  ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbindən və genetik potensiyalından doğulub.

1964-cü ildə Respublika Dövlət  Təhlükəsizlik Xidmətinə rəhbərlik etdiyi dövrdən bəri milli ruh üzərində köklənən Liderdir. SSRİ kimi dövlətin daxilində azərbaycançılıq məfkurəsi ilə idarə etmə aparatını  işə salan Heydər Əliyev tələbələrin, ziyalıların ümid yerinə çevrilmişdir. 1969-cu ildən bəri yaşanan dövr  Heydər Əliyev adı ilə bağlıdır.  Öz parlaq, çevik siyasi zəkası və istedadı  sahəsində  Müstəqil Azərbaycanı, onun gerçəklərini yaratmış  və gələcəyə - ZƏFƏRƏ  aparan yolları müəyyən etmişdir. Qossovet məkanında AZƏRBAYCAN  rəhbəriliyi SSRİ-nin bütün Ali məktəblərində azərbaycanlıların təhsil almasını təşkil etməklə,  Respublika Konstitutsuyasına " Azərbaycan respublikasının  Dövlət dili- Azərbaycan dilidir" salmaqla, Ç. Naxçivanski adına Hərbi məktəbi yaratmaqla  Müstəqil Azərbaycanın təməlini qoymuş oldu. Bunla belə demokratik ideyalı insanların qoruması missiyasını öz üzərinə götürməklə Azərbaycan Demokratik ideologiyasını yaratdı. Aqrar Respublikanı Sənaye  Respublikasına çevirməklə qüdrətli Azərbaycan modelini qurdu. 1980-ci ildə Moskvada  Azər baycanlı gənclərlə görüşdə - " Siz müstəqil Azərbaycanın gənclərisiniz"- deyəndə müasir-müstəqil  Azərbaycanı görürdü.

   SSRİ Baş katibi Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz edərək 1987-ci ildə tutduğu yüksək postdan istefa verdi. 1990-ci il 20 yanvarında sovet qoşunlarının Azərbaycan xalqına qarşı  törətdikləri qanlı faciəyə dərhal münasibətini bildirərək təşkilatçılarının və iştirakçılarının cəzalanmasını tələb etdi. Dağlıq Qarabağda yaradılmış vəziyyətlə bağlı  SSRİ rəhbərliyinin yeritdiyi ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqi Kommunist  partiysı sıralarını  1991- ci ilin  iyul ayında tərk etdi. SSRİ dövründə  inşa etdirdiyi  tikintilərdə səkkizgüşəli  uıduzların həkk olunması İslam  dəyərləndirilməsindən xəbər verirdi.

   SSRİ dağılandan sonra müstəqilliyini yenicə elan etmiş Azərbaycanın dünya xəritəsindən silinməsinin qarşısının alması Ümummilli Lider Heydər Əliyev  təcrübəli, qətiyyətli siyasətinin nəticəsidir. Daxili və xarici düşmən qüvvələrin yırtıcı siyasətinin qarşısı alaraq XALQ-DÖVLƏT birliyini yaratdı. Həmçinin daxili və xarici siyasəti paralel aparmaq yükünü çiyinlərində daşıdı.

  Müstəqilliyimizin ilk illərində əlamətdar  hadisərindən biri 1992-ci ilin 21 noyabrdır.  AXC-MÜSAVAT hakimiyyətinin təzyiq və təqiblərinə baxmayaraq  YENİ AZƏRBAYCAN PARTİYASININ  yaranması və Heydər Əliyevin sədr seçilməsidir.  Bu Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır. Düzgün strateji kurs ölkəmizin siyasi, iqtisadi, ivyimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə vəmüvəffəqiyyətlərə imza atmışdır.

 1994-cü ilin 20 sentyabrda Tarixin müqaviləsinin imzalanması xarici siyasətə böyük  müsbət dəyişikliyin gətirilməsi oldu.  Bütövlükdə,  Azərbaycan tarixinin mestəqillik zirvəsi bilavasitə Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır. Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Bu salnamə ZƏFƏR  yoluna işıq saçaraq ərazi bütövlüyümüzü bərpa etdi.

HEYDƏR ƏLİYEV FENOMENİ - AZƏRBAYCAN XALQININ SİYASİ SƏRVƏTİDİR.

Əfrail Fərziyev,

YAP Masallı rayon təşkilatı Ərkivan ərazi partiya təşkilatının sədri