09 dekabr 2022 20:50
2630

Müasir müstəqil Azərbaycan dövlətinin varlığı dahi Liderin adı ilə bağlıdır

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq  abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə daim tərəqqəsi üçün çalışıdığı,zəngin mədəniyyəti,böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək taleyi üçün düşündüyü doğma yurdu Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır

Dərin zəkalı, yüksək ener­jili lider olan Heydər Əliyev hakimiyyətə gələnə qədər sovetlər birliyinin geridə qalan respubli­kalarından sayılan Azərbaycan çox qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüş oldu. 1969--1982-ci illərdə respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 2,3 dəfə artdı, 250-dək yeni iri sənaye müəssisəsi yara­dıldı və ölkənin sənaye potensialı əvvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin illərdə 800 mindən çox yeni iş yerləri açıldı, ölkə əhalisinin sosial rifahı qat-qat yüksəldi.

O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevirlimişdir. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini bütün dünyaya tanıda bilmiş, Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.Dünya siyasət meydanında cəryan edən proseslərə təsir baxımından o,həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.

Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev həyatı boyu vətənini düşünmüş, onun ürəyi Azərbaycanın beynəlxalq aləmdə təcrid  olumaq təhlükəsi arxada qalmışdır.Dünya siyasəti meydanında cəryan edən proseslərə öz çəkisi öz sanbalı ilə seçilmişdir.

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada xüsusi yerini müəyyən etmiş,milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək,dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və ölkəmizin gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü  Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunuşdur. Bu dövrün isə Azərbaycanın gələck tarixi baxımından başlıca məzmun azərbaycançıllıqdır.

Ulu Öndərimizin açdığı yolda göstərdiyi hədəfə Cənab Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə irəlləyirik. Bu hədəflər yalnız Azərbaycan xalqının rifahını və marağlarını təmin edən hədəflərdir.

Ruslan QASIMOV,
YAP-ın fəal üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini,
QEYD İB Debat klubunun rəhbəri,
Türkiyədə "ATATÜRK DÜŞÜNCƏ" birliyinin fəxri üzvü