12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Böyük şəxsiyyətin yoxluğundan 19 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən,milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Ulu öndər Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi,siyasi və ictimai həyatında,dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil -dir.Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşəndən sonra tanınırlar. Elə adamlar da var ki,bu,onlarda fitrən mövcuddur,genlərində kodlaşdırılıb,bir sözlə, ilahi vergidir.Heydər Əliyev məhz ikincilərdəndir.
Ulu öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siya- sətçi idi.Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti,hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk gün- dən büruzə vermişdi.
Ulu öndərin atdığı addımlar,irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazanmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini,ondan öyrəndiklərini etiraf etmişlər.
Ümummilli liderin siyasətinin gücu—siyasi uzaqgörənliyində,fitri isteda -dında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünya- görüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxar -masında, zaman və məkan amilini qiymətləndirilməsində, dözüm və səbirliyin -də,nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında-bir söz- lə, fenomenal şəxsi keyfiyyətlərində idi.
Heydər Əliyevin siyasəti milli maraqlar üzərində qurulmuşdu.Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki,həmin problemləri kimsə onun yük- səkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi ,verdiyi suallar, qaldırdığı problem məsələlərə həm- in sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi.Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sətənşünas- dan,iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən,onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi.Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi.O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi.
Ulu Öndərin dərin məntiqi nitqi, natiqlik məharəti, söz seçmək bacarığı,audi- toriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdir -mək bacarığına malik idi.Heydər Əliyevin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Dünyada tarix yazanlar çox olsa da,tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlər-istər SSRİ dövründə (1969-1982-ci illər), istərsə müstəqillik döv- ründə (1993-2003-cü illər) gördüyü bütün işlər sözün həqiqi mənasında milli tarixin parlaq səhifələrindəndir, milli tarixin yaradılması illəridir. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki,respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə ulu öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fəda -kar xidməti , eləcə də ölkənin inkişafında yeni implus və tərəqqi meyllərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldır- masına gətirib çıxarmışdır.
Ulu Öndər həmişə, hər zaman ,ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqı -nın səsinə səs vermişdir. 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq M.Qorbaçovun mənfur antiazərbaycan siyasətini ciddi tənqid etməsi, bu hadisələrdə bilavasitə onu günahlandırması göstərir ki, ümummilli lider öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan bir şəxsiyyət, böyük Azərbaycanlı olmuşdur.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmizin üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yarat- mış oldu.
Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi nəticəsində Azərbaycanı parçalanmadan, xalqı məhv olmaq təhlükəsindən, vətəndaş mühari- bəsindən, qardaş qırğınından, dövlət çevrilişlərindən, özbaşnalıqlardan xilas etdi və xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycan bəxş etdi. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi.
Ulu Öndər Heydər Əliyevin işıqlı ömür səhifələrindən bir də müqəddəs ailə tarixini yaratmasıdır. O, öz ailəsinə, həyat yoldaşı, unudulmaz Zərifə xanıma olan məhəbbəti, sevgisi münasibəti ilə müqəddəs bir ailənin tarixini yaradıb. Bu müdrik insan ailə həyatı üçün nəinki varından, dövlətindən, vəzifəsindən, hətta canından belə keçməyə hazır olduğunu sübut edib. Heydər Əliyevin Zərifə xanımla bağlı xatirələri, söhbətləri, duyğuları ülvi olduğu qədər ibrətamizdir. Həyacanlı olduğu qədər doğma, əziz, müqəddəsdir. Bu sevgi ilahi hisslərlə zəngin olduğu kimi, bəşəri dəyərləri ilə də alidir, əbədidir. Biz Heydər Əliyevin bu ilahi sevgi, Zərifə xanıma olan sonsuz məhəbbəti qarşısında kövrəldiyinin, gözlərinin dolduğunun şahidi olmuşuq. O, əlini Zərifə xanımın heykəlinə toxunduranda ən çətin anlarda titrəməyən, əsmək bilməyən əllərinin əsdiyini, yaşarmayan gözlərinin yaşardığını görmüşük və bu müqəddəs ali eşqin qarşısında baş əymişik. Ulu Öndər bu sevgi ilə milyonlara nümunə və örnək ola biləcək bir məhəbbətin tarixini yaradıb. Daim əzizlənən, qorunan, ucaldılan bir eşqin abidəsini ucaldıb.
Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin ömür yolu bizim üçün həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskar olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən, layiqli varisi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığa qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.
Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azər- baycançılıq var,müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.
Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və Uca Yaradandan Unudulmaz Öndərinə qəni-qəni rəhmət diləyir!
Əlipənah Həsənov,
Bakı şəhəri, Heydər Əliyev adına liseyin tarix müəllimi
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası