Azərbaycan öz torpaqlarının və təbii sərvətlərinin sahibidir. Çox təəssüflər olsun ki, erməni təcavüzkarları öz havadarlarına arxalanaraq 30 il torpaqlarımızın iyirmi faizini işğal altında saxlamış, ərazilərdə olan təbii sərvətlərimizi vəhşicəsinə talamış, ekologiyamıza ciddi zərbə vurmuşlar. Qələbə qazanmağımıza, torpaqlarımızı azğın düşməndən təmizləməyimizə baxmayaraq Qarabağ ərazilərində məskunlaşan təcavüzkar xislətli ermənilər yenə də öz mənfur məqsədlərini həyata keçirmək niyyətindədilər. Faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq və Dəmirli mismolibden yataqlarının qanunsuz istismar edilməsi haqlı olaraq xalqımızın kəskin hiddətinə səbəb olmuşdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq məqsədi ilə yaratdığı monitorinq qrupunun Xankəndi və Şuşa şəhəri arasındakı nəzarət məntəqəsində, eləcə də Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb kəskin etirazlarını bildirməsi göstərdi ki, Azərbaycan öz torpaqlarının sahibidir və onun razılığı olmadan ərazilərdə heç bir qazıntı aparıla bilməz. Görüşlər zamanı qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və invertarizasiyanın aparılması, ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi, aradan qaldırılması və sair məsələlər müzakirə edilmişdir.
Bu gün Laçın dəhlizinin tamamilə sülhməramlıların nəzarəti altında olması, istər təbii sərvətlərimizin həmin yolla daşınması, istərsə də həmin istiqamətdə Qarabağda olan separatçılara silah - sursat gətirilməsi, ərazilərimizə xarici ölkə vətəndaşlarının, İran xəfiyyələrinin daxil olması ciddi narahatçılıq törədir. Dəhlizdə gömrük keçid məntəqəsinin, nəzarət postunun yaradılması çox vacibdir və bu Azərbaycanın haqqıdır. Çünki həmin ərazilər Azərbaycan torpağıdır və torpaqlarımıza müdaxilə edilməsi yolverilməzdir. Həmin ərazilər mütləq nəzarətə götürülməlidir.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası