İkinci Qarabağ müharibəsindəki böyük Zəfərimiz ilk növbədə iqtisadi inkişafımızın, və yüksək səviyyədə dövlət və ordu quruculuğumuzun təntənəsi idi. Yəni, bu 44 günlük savaşın möhtəşəm Qələbəsi Ulu öndər Heydər Əliyev strategiyasının və müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin məntiqi sonluğu idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.
Bu zəfər Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya edə biləcək əhali, xalq məmnunluğudur. İnanırıq ki, məmnun xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi post-müharibə dövründə iqtisadi və sosial islahatlara dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini əhəmiyyətli artıracaq. Eləcə də, xalq dövlət birliyinin güclənməsi və güclü siyasi iradənin mövcudluğu insanların həm də gələcəyə ümidini artıracaq. Nəticədə ölkənin iqtisadi gücünün və iqtisadi potensialının artımının əsas şərti təmin olunacaq.
Zəfərdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında bir növ dönüş baş verdiyini, bundan sonra bu əlaqələrin davamlı dərinləşərək davam edəcəyini demək mümkündür. Zəfərdən əvvəl ölkələrimiz arasında preferesial ticarət sazişi imzalanmış, Zəfərdən sonra isə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Prezident İlham Əliyevin də elan etdiyi kimi, Qarabağın inşasında Azərbaycan və Türkiyə şirkətləri bərabər şəkildə fəaliyyət göstərəcəklər.
Qarabagın Ermənistan işğalından azad edilməsi həm də Azərbaycan iqtisadiyyatının gələcəyi baxımdan çox ciddi alternativlər yaratdı. Bu alternativlər Azərbaycanın iqtisadi gücünü artırmaqla, onun iqtisadiyyatının diversifikasiyasını gücləndirməklə, həm də regionun iqtisadi xəritəsini dəyişmək gücündədir.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası