Noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev Cənubi Qafqazın bu günü və gələcəyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Bu mötəbər tədbirdə Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan öz qonşuları ilə, o cümlədən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa həmişə önəm verib. Xüsusilə İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması geosiyasi fəallığımızı və qüdrətimizi daha da artıracaq hadisədir. Təbii ki, bu gün də Azərbaycan qarşısına ilk növbədə bölgədə sülhə və sabitliyə nail olmaq vəzifəsini qoyub. Lakin təəssüflə qeyd etmək lazımdır ki, regionda sülhün bərqərar olmasına mane olmaq istəyən qüvvələr var. Xüsusilə qatı ermənipərəst Fransanın qeyri-konstruktiv davranışları buna misaldır.
Bundan başqa, ölkəmizin başçsı konfransda İran İslam Respublikasının bölgəmizdəki antiAzərbaycan fəaliyyətinə, Ermənistana hərbi-siyasi dəstək verməsinə də sərt reaksiya verib. Halbuki, Azərbaycan dövləti həmişə İrana qarşı xoş münasibət sərgiləyib. Lakin İran ölkəmizin bu xoşməramlı siyasətinə adekvat cavab verməyib və bu gün də vermir. Bu ölkə İslam qoruyucusu kimi çıxış etsə də, amma sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Əgər belə olmasaydı, İrana məxsus KİV-lərdə ölkəmizə qarşı davamlı olaraq təhdid və şantaj dolu çıxışlar etdilməzdi. Son gü bir neçə ayda isə İran əndazəni aşaraq Azərbaycanı hərbi təcavüzlə « qoxudur». Xüsusilə ölkəmizin daxili işlərinə qarışmağa çalışır və süni gərginliklər yaratmağa cəhd edir. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycanın xüsusi xidmət orqanları İranın bəzi dini-ektremist qruplarının ölkəmizdəki təxribatlarının qarşısını vaxtında və peşəkarcasına ala bildilər. Həmin qruplar İranın xüsusi xidmət orqanları tərəfində idarə olunurdu.
Bu bir açı həqiqətdir ki, Azərbaycanın işğalçı Ermənistan üzərindəki hərbi və geosiyasi qələbələri İranda çox ciddi narahatlıqlar yaradır. Xüsusilə Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra İran ölkəmizə qarşı daha da aqressivləşməyə başladı. Dövlət sərhəddində keçirdiyi hərbi təlimlərlə guya bizə hərbə-zorba gəlmək istəyirdi. Lakin Azərbaycan Ordusu elə həmin sərhəddə daha mükəmməl hərbi təlimlərlə İrana öz yerini göstərdi. Onlara göstərdik ki, biz aciz dövlət deyilik və regionda söz sahibi olan ölkəyik.
Məhz bu önəmli amilləri nəzərə alan Prezident İlham Əliyev beynəlxalq konfransdakı çıxışında qəti şəkildə bəyan etdi ki, heç kəs Azərbaycanla təhdid dilində danışa bilməz: «Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.»
Konfransdakı ümumi əhval-ruhiyyə və Prezident İlham Əliyevin məzmunlu çıxışı və beynəlxal aləmə ünvanlanmış mesajları bir daha göstərdi ki, Azərbaycanın Vətən müharibəsindən sonra ortaya qoyduğu prinsipal mövqe dəyişməzdir: Tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır və bu, bölgəyə davamlı sülhü gətircək yeganə amildir.
Elnur Əmraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası