Millətin dili onun milli kimliyinin ilk göstəricisi və dövlət atributlarından biridir. Azərbaycan xalqı min illərdir ki, öz ana dilində danışır və onu inkişaf etdirir. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu yarım əsrə qədər bir müddətdə Azərbaycan dilinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir, respublikada ali məktəblərin, texnikumların, qəzet və jurnalların sayı artırılırdı. Ancaq Arazın o tayında...
Tarixdən məlumdur ki, 1828-ci ildə Azərbaycan iki hissəyə bölünəndən sonra Araz çayının o tayında qalan qardaş-bacılarımız üçün əsl cəhənnəm ab-havası yaradılıb. Mədəniyyəti, qabiliyyəti olmayan farslar müdrik bir xalqın nümayəndələrini saymayıblar, onları elmdən, savadlanmaqdan uzaq saxlamağa çalışıblar və buna xeyli dərəcədə nail olublar. Bəzən görkəmli şair və filosoflarımızın guya fars olduğunu iddia ediblər. Arazın bu tayında hər bir kənddə, qəsəbədə məktəb, mədəniyyət müəssisləri və s. olsa da Arazın o tayındakılar bunlardan məhrum olunublar. Onlar sanki iki yüz il ibtidai icma quruluşunda yaşayıblar. Dərisi beş qəpiyə dəyməyən fars şovinistləri azərbaycanlıları milli kimliklərini unutdurmağa çalışıblar. Lakin bunu bacara bilməyiblər. Xalqımız öz tarixini yaddaşında saxlayıb, ədəbiyyatını, öz adət-ənənələrini yaşadıb, folklorunu hafizəsində hifz edib. Babalarımız, nənələrimiz, ziyalılarımız sadaladığımız bu xəzinələri nəsildən-nəsilə ötürərək unudulmalarına imkan verməyiblər.
Heç də məzlum olmayan cənublu qardaşlarımız üç dəfə inqilaba qalxmış, istibdada boyun əyməyəcəyini bildirmiş, lakin hər dəfə qəddar fars-molla rejimi onları qan gölündə boğmuşdur. Bu gün biz bu yolda canlarını qurban vermiş Səttarxanı, Bağırxanı, Şeyx Məhəmməd Xiyabanini, Seyid Cəfər Pişəvərini qəlbimizdə və tariximizdə böyük ehtiramla yaşadırıq.
"Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı xeyli məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq."
Bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Prezidentimizin çıxışında açıq mesaj verilir ki, cənubdakı soydaşlarımızın sıxışdırılması, ən ağır təzyiqlərə məruz qoyuıması, ana dilinin və tarixinin unutdurulmasına cəhdlər heç də İran dövlətinin daxili işi deyil. Milli Məclisdə də bununla bağlı müzakirələr kerçirilib və deputatlar cənublu gənclərin Bakıda pulsuz təhsil almaları üçün lazımi şəraitin yaradılması fikrini irəli sürüblər. Ürkək və qəddar molla rejimi indiyədək belə bir axmaq fikirdə idi ki, kim İran haqqında tənqidi fikir söyləsə, deməli, o, İranın daxili işinə qarışır. Həyasızlıqda ermənilərdən geri qalmayan əmmaməli mollalar dərhal ləbbadələrini başlarına qaldırıb şivən qoparırdılar ki, əcnəbilər dinimizə hücum edirlər. Acınacaqlıdır ki, İran rəhbərləri Zəngəzuru özlərinin “qırmızı xətti” adlandıranda, Qarabağdan xarici ölkələrə narkotik vasitələr daşıyanda bunların Azərbaycanın "qırmızı xətti" olduğunu qətiyyən düşünmürdülər. Özlərini o qədər ərköyün aparırdılar ki, sanki bunlar nə istəsələr edə bilərlər, ancaq başqası yox. İki yüz ildir ki, heç ağıllarına belə gətirməyiblər ki, otuz beş milyonluq bir xalqın dilini məhv etməyə çalışmaqla Azərbaycanın “qırmızı xətti”ni keçirlər. Ancaq keçdi o zamanlar...
Uzun illər Rusiyanın Moskva şəhərində yaşayan və işləyən həmvətənimiz, Azərbaycan diasporunun fəallarından biri, pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Abdullayeva mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, İran əhalisinin az qala yarısını təşkil edən azərbaycanlılar orada farslaşdırma siyasətinə məruz qoyulublar: "Oradakı digər etnik qruplar azərbaycanlılardan qat-qat azdırlar. Elə farsların özləri də. Erməni xislətli kəmfürsət farslar dilin xalqın milli kimliyini təsdiq edən amillərdən biri olduğunu bildikləri üçün onun assimilyasiyaya uğradılmasından başlayıblar. Çünki öz dilini bilməyən bir millət tarixindən, milli-mənəvi dəyərlərindən və milli kimliyindən məhrum olur və nəhayətdə zombiləşir. Lakin xalqımız mübariz xalqdır və tarixdə bunu dəfələrlə nümayiş etdirib. Özünəməxsus keyfiyyətlərini odda-alovda, edam kürsülərində, həbsxana divarlarının arasında belə qorumağı bacarıb.
Zaman yetişib, fars cəlladları və onların erməni “qardaşları” Azərbaycan xalqına iki yüz il müddətində gətirdikləri soyqırımlarına və digər müsibətlərə bədəlini ödəməlidirlər. Onlar ən amansız qisası özləri üçün haqq ediblər. Dənizlərin suyu belə onların Azərbaycan xalqının qanına batmış əllərini təmizləyə bilməz. İndi isə hamısının bədəlini ödəməyin vaxtı gəlib."
Vəli İlyasov, "İki sahil"
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası