Ötən 30 il ərzində Azərbaycanın hərtərəfli inkişafı prosesinə bələdçilik etmiş Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb sınaqlarla üz-üzə qaldığı bir zamanda yaradılmışdır. Ötən 30 ildə əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin əvəzsiz fəaliyyəti, böyük payı vardır. Partiyamızın Sədri, Prezident İlham Əliyev noyabr ayının 21-də keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı bir daha YAP-ın üzvlərinin fəaliyyətini yüksək qiymətləndirdi.
1993-cü ildən sonra görülən işlər bugünkü reallıqlarımızdır. Bu baxımdan ki, həmin dövrdə yaradılan möhkəm təməl Azərbaycanın uğur yolunda inamla addımlamasına stimul verir. Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə etməklə iqtisadi inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi inkişafının təməl prinsipi oldu. Neft strategiyasının əhəmiyyətindən bəhs edərkən siyasi tərəf daha çox önə çəkilir. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi, özünə inamı daha da artırdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoyuldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya «açıq qapı» siyasəti həyata keçirdiyini önə çəkərək, qapılarımızın bura xoş niyyətlə gələn bütün iş adamlarına açıq olduğunu bəyan etdi. İnvestorların yatırdıqları sərmayələrin təhlükəsizliyinə tam əmin olmalarını bildirdi. Azərbaycan uğurlu daxili və xarici siyasətin nəticəsində qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynamasına möhkəm təməl yarandı.
Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi çox böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Yeni Azərbaycan Partiyasının yaradılmasının yaradılmasının 30 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı müstəqillik tariximizdə YAP-ın yeri və rolunu, eyni zamanda perspektivləri açıqladı. 30 illik uğurlu yol gələcəyə daha inamla baxmağa əsas verir. Tarixə uğurlar, qələbələr partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Partiya hər bir seçkidən uğurla çıxmaqla xalqın dəstəyinin nə qədər böyük olduğunun şahidinə çevrilir. Təbii ki, bu inama əsas verən möhtərəm Prezidentimizin ötən dövrdə gördüyü işlər, yeni-yeni hədəflərə çatmaq üçün göstərdiyi səylərdir. Bütün bunların təməlində xalq-iqtidar birliyinin əbədiliyi, sarsılmazlığı dayanır.
Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini əsas tutaraq, ölkəmizin daim zirvələri fəth etməsinə səy göstərirlər. Məhz bu reallıqlara söykənərək cənab Prezidentimiz İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Uğurlarımızı şərtləndirən amillərdən biri məhz islahatların dövrün tələblərinə uyğun təkmilləşməsi, yeniləşməsidir.
Yeni Azərbaycan Partiyasının hər bir üzvünü yubiley münasibətilə ürəkdən təbrik edir, hər bir partiya üzvünə can sağlığı, Azərbaycan xalqı və dövləti naminə gördüyü işlərində yeni nailiyyətlər arzusu ilə birliyimizin, həmrəyliyimizin əbədi olmasını arzu edirəm!
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası