25 noyabr 2022 21:04
656

30 illik şərəfli və zəngin siyasi inkişaf yolu

Yeni Azərbaycan Partiyasının təsis olunmasından nə az nə çox 30 il keçir. Partiyamızın 30 illik şərəfli və zəngin siyasi inkişaf yolumun təbliğ və tədqiq edilməsi  dövlətçilik tariximizdə ən mühüm əhəmiyyətə malikdir. YAP təsis olunduqdan sonra səmərəli, məqsədyönlü dövlətçilik maraqlarına və milli- mənəvi dəyərlərə əsaslanan fəaliyyəti ilə nümunə yaratdı. YAP ümummilli lider Heydər Əliyevin siyasi mirası kimi cəmiyyətin bütün təbəqələrindən olan insanları bir sırada öz sıralarında birləşdirən aparıcı təşkilatdır. Partiyamızın çox boyük tarixi var.

Ən ağır dönəmlərdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. YAP təşkilatı hər zaman ,istər çətin istər ağır vəzifə öhdəlikləri qarşısında belə daim aktiv iştirak etmişdir. Bu gün bir gənc kimi YAPı sıralarına qoşulmuş və üzv olaraq fəaliyyətimi davam etdirirəm. YAP ın 30 illiyində iştirak etdim və bunu bütün YAP çılar kimi iftixarla , qürurla qeyd etdim.

Eyni zamand YAP- sının tarixi olduqca zəngin və şərəfli inkişaf yolundan ibarətdir. YAP-a qoşulan gənclər də öz növbələrində partiyanın daha da güclənməsi və davamlı olması üçün öz səylərini əsirgəmir və daim dövlətçiliyimizin inkişafı, milli- məməvi dəyərləriminizin təbliği , bu çətin və məsuliyyətli yolda xalqımızın birliyi, ümummili Liderimiz Heydər Əliyevin siyasi mirasını qorumaq üçün çalışırlar.

Ümmummilli Lider müdrik dövlət xadimi, yenilməz sərkərdə və Müzəffər. Ali Baş Komandan yetişdirməklə xalqımız üçün misilsiz xidmət göstərib.

Bu gün Prezident İlham Əliyev YAP nın Sədridir. Cənab İlham Əliyevin təbliğ etdiyi siyasətin Azərbaycan xalqına nə qədər çoxcuğur, nəaliyyət qazandırdığı hamıya məlumdur. Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Cənab Ali Baş Komandan İlham Əliyev YAP- nın 30 illiyindəki çıxışından: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi