Tarixə nəzər saldıqda bütün dövrlərdə xalqlar öz müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparmışlar. 70 illik Sovet imperiyasının dağılması və ölkəmizin müstəqillik əldə etməsi mücadilədə zəfərimiz sayılsa da, təəssüf ki, bu yol itkilərsiz ötüşməmişdir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra gərgin və mürəkkəb mərhələdən keçmişdir. Siyasi səriştəsizlik, kənardan müxtəlif müdaxilələr, ermənilərin əsassız torpaq iddiaları və iqtisadi böhran ölkəndə gərginliyi artıran amillər idi. Belə bir gərgin vəziyyətdən çıxmaq üçün yüksək siyasi təcrübəli şəxsin rəhbərliyinə ehtiyac vardı. Bu səbəbdən də, sonralar “91-lər” kimi tanınmış müxtəlif sahələrdə çalışan bir qrup ziyalı o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədri Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlayaraq yeni yaradılacaq siyasi partiyaya onun rəhbərlik etməsini istədilər. Bakıya gəlməsi mümkün olmadığından 550 nəfərlik təşəbbüs qrupu Naxçıvana getdi və Ulu Öndər Heydər Əliyevin sədrliyilə təsis konfransı 1992-ci ilin 21 noyabrında keçirildi. Təsis konfransından 7 ay sonra Ulu Öndər Heydər Əliyev xalqın istəyilə Bakıya gələrək parlamentə sədr və 11 ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan müstəqilliyini elan etsə də, kənardan çoxlu dağıdıcı müdaxilələr, cəhdlər vardı. 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ölkədə stabillik yaradıldı, müstəqil Respublikasının ilk Konstitusiyası qəbul olundu, güclü və nizami ordu formalaşdırıldı, iqtisadiyyata xarici sərmayələr qoyuldu, “Əsrin kontraktı” imzalandı, diplomatik sahədə dövlətin nüfuzu yüksəldildi.
Müstəqilliyini yeni əldə etmiş Azərbaycanın qarşılaşdığı ən mürəkkəb məsələlərdən biri də Qarabağ münaqişəsi idi. Ermənistanın əsassız torpaq iddiaları və dünyada ətrafına topladıqları havadarlarının sayəsində hücumları Azərbaycanın təxminən 30 ilə yaxın müddətdə 20 faiz torpaqları işğala məruz qalmışdır. Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü işlərdən biri də ordu quruculuğu idi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdidiyi güc, peşəkarlıq dünya təcrübəsində nümunədir. Bu illər ərzində vətənpərvər gənclik formalaşdı. Azərbaycan siyasi kursunda heç zaman milli, dini ayrıseçkiliyə yol verilməmişdir. Bu səbəbdən də, II Qarabağ savaşında qəhrəman övladlarımız düşünmədən canlarını Vətən uğrunda qurban verməyə hazır olduqlarını bir daha göstərdi.
Artıq Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il keçir. Müstəqil Azərbaycan dövləti dünyanın siyasi və iqtisadi həyatında özünəməxsus mövqeyə sahibdir. Noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası