25 noyabr 2022 11:03
653

Kəlbəcərin baş planı onun təbii gözəlliyini ehtiva edir

Zəngin və qədim tariximizin ən şanlı səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazandığımız Zəfərdir. Artıq işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur öz bərpa dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və xalqımızın iradəsi ilə vandal ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz tam sürətlə bərpa olunmaqdadır. Bərpa – quruculuq işləri planlı şəkildə, həyata keçirilir. 2020-ci il noyabrın 25-da Kəlbəcərin bir güllə belə atılmadan azad edilməsi Cənab İlham Əliyevin böyük diplomatik uğurlarından biri idi. Azad olunmuş Kəlbəcər şəhərinin də baş planı hazırlanmış və ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən təsdiq olunmuşdur. Kəlbəcər şəhərinin Baş planı bölgənin coğrafi şəraitini, onun təbii gözəlliyini özündə tam ehtiva edir.

Qarabağın və Şərqi Zəngəzurun post-konflikt quruculuğu modeli Cənab prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti ilə planlı şəkildə gerçəkləşməkdədir. Burada təbii şəraitə və mineral resurslara uyğun olaraq ərazi-istehsal kompleksləri yaradılacaqdır. Eyni zamanda ərazi enerji istehsalı baxımından da əlverişlidir. Təsadüfi deyil ki,  ölkə prezidenti Cənab İlham Əliyev 2022-ci il iyunun 26-da Kəlbəcərə səfəri zamanı yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak etdi. Açılış tədbirində qeyd edildi ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev qalib Azərbaycan ordusunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması ilə bağlı bütün lazımi tapşırıqları verir. Ölkə başçımız iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Prezident əlavə etdi ki, 44 günlük Vətən müharibəsindən sonra həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən Azərbaycan Ordusu daha güclüdür. Sərhədlərimizin daha etibarlı qorunması məqsədilə bundan sonra da ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanmışdır. Yeni və ən müasir silahlar, döyüş vasitələri  ölkəmizə gətirilir və bundan sonra da gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə yanaşmalarından əl çəkməsə, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Azərbaycan olaraq Ermənistanda baş qaldıran revanşist qüvvələrin davranışlarını daim izləyirik və hadisələrin istənilən gedişatına hazırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini