05 noyabr 2022 11:25
249

Qələbə fəlsəfəsi Azərbaycan əsgərinin ruhundadır

Müharibə döyüşdü, döyüş qəhrəmanlıq deməkdi, qəhrəmanlıq isə döyüşə-döyüşə yazılan tarixdi...Xalqın qələbəyə inamı döyüşçünün inamıyla taraz olanda, xalqın nəfəsi döyüşçünün kürəyini isidəndə, zabit əsgərinin qələbə ruhuna inananda, əsgər sərkərdəsinə, sərkərdə əsgərlərinə güvənəndə qazanılır qələbə.

44 gün ərzində ölkəmizdə tamamilə yeni, fərqli bir sosial-psixloloji vəziyyət yaranmışdı. Prezidentin xalqa hər müraciəti, ya xarici kütləvi informasiya vasitələrinə müsahibəsi xoş həyəcanla izlənirdi. Ali Baş Komandanın hər bir qələbə müjdəsi ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən xəbər verməklə, eyni zamanda bütün xalqı inamlı qələbə ruhuna kökləyirdi.Prezident İlham Əliyev əsla xeyirxah olmayan xarici junalistlərə cavablarında dronlarımız kimi dəqiq hədəfə vururdu, həm Azərbaycan həqiqətlərini yeridir, həm də ölkəmizə, ordumuza qarşı böhtan və iftiraları dəlillərlə ifşa edirdi. Ordumuzun qalibiyyətli ölüm-dirim savaşı cəbhədə gedirdi və xalq onun təfərrüatlarını deyil, nəticələrini görürüdü. Prezidentin beynəlxalq güclərin və qurumların ölkəmizə təzyiqlərə qarşı mübarizəsi isə bütün xalqın gözü qarşısında baş verirdi. Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edirdi. Vətən naminə döyüşə könüllü yazılanlar o qədər çox idi ki, dövlətin ümumi səfərbərlik elan etməsinə ehtiyac belə qalmamışdı. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.Bu 44 günlük müharibə tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda yaxın və uzaq gələcəkdə də bu yaddaşı oyaq və sərvaxt tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutmamağı zəruri edir. Çünki düşmən adi, sıradan bir düşmən deyil, olduqca zalım, qansız, vicdansız, bir sözlə bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir “vəhşi qəbilədir”. Atalar məsəlimizdəki “Qarı düşmən dost olmaz” deyimi tam bu düşmənin boyuna biçilib. Nəzərə almalıyıq ki, “sülh” bağlanması labüddür, olmalıdır, bütün əski müharibələrin sonunda olduğu kimi. Amma tarixin dərslərindən də gördüyümüz kimi, bu düşmən heç vaxt dost ola bilməz, çünki dostluq onun xislətində yoxdur.

Xalqlar dostluğu deyilən kəlmə bunlara aid deyil, çünki onların “xalq” adlanmağa haqları yoxdur. XXI əsrdə belə misli görünməmiş vandalizm törədənlərin xalq adlanmağa haqqı çatmır. Yumruğumuz daim başlarının üstündə olmaldır ki, Prezidentimizin dediyi kimi bizim tərəfə baxmağa belə cəsarət etməsinlər. Əlbəttə, bir tarixçi və diplomat olaraq illər boyu bir-biri ilə müharibələr aparan xalqların, dövlətlərin, sonunda sülh və əməkdaşlıq, hətta müttəfiqlik yolunu seçdiklərini və bunun çoxlu nümunəvi örnəklərinin olduğunu bilirəm və məqsədim heç də düşmənə nifrət hisslərini qızışdırmaq deyil. Məqsədim ermənilərin tarixin müxtəlif dövrlərindəki xəyanətlərinin, 1905-ci ildə, 1918-1920-ci illərdə, 1988-1994-cü illərdə xalqımıza qarşı etdiyi soyqırımlarının, zorakı köçürmə siyasətlərinin, ata-baba torpaqlarımıza acgözlüklə yiyələnmələrinin acı nəticələrinin dərslərini unutmamağı təlqin etməkdir. Qonşu olduğumuzdan qarşılıqlı kommunikasiya asılılqlarına görə, xoş niyyətimizə görə təbii ki, ermənilərlə əməkdaşlıq edəcəyik. Lakin 30 illik erməni işğalının və 44 günlük qalibiyyətli Vətən müharibəsinin verdiyi mühüm dərslərdən biri hər zaman ehtiyatlı olmaq, düşməndən qat-qat güclü olmaq, onlara və havadarlarına xas olan yağlı dillərə və feillərə əsla uymamaqdır. Vətən müharibəsi ruhumuzun döyüş bayrağı oldu, Qələbənin fəlsəfəsi - sərhəd bütövlüyümüzün zəmanəti. Həm də yaxın vaxtlarda gerçəkləşəcək zəmanəti... Qələbə fəlsəfəsi Azərbaycan əsgərinin ruhudu!.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı