24 oktyabr 2022 11:30
647

Bərpa edilən azad Qarabağ və Şərqi  Zəngəzurda yenə də Azərbaycan-Türkiyə birliyi görünür

Cəbrayılda  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: ”Bu günkü gün Qarabağ və Şərqi Zəngəzur üçün önəmli gündür.”

Qardaş Türkiyənin Azərbaycana mənəvi dəstəyi savaşın son gününə qədər davam edib. Sözsüz ki,bu Azərbaycan xalqına əlavə güc verdi və bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı.Bir daha Türkiyə Azərbaycan birliyi zəfər çaldı.Bu gün biz yenədə bərpa edilən Qarabağda Zəngəzurda Türkiyə -Azərbaycan birliyini görürük .

Azərbaycan azad edilmiş ərazilərində intrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir.Artıq 30 ildən sonra məcburi  köçkünlər öz doğma evlərinə qayıda biləcəklər.Prezidentimiz bu böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Cənab Prezident çıxışında Türkiyə  Prezidentinin iştirakı ilə Zəngilan Beynəlxalq  Hava limanının açılışını əlamətdar hadisə olduğunu bildirmişdi.Bu Hava limanının açılışı orada yeni iqtisadi layihələrin həyata keçirilməsinə,eyni zamanda dünyanın digər ölkələri ilə əlaqələrin güclənməsinə,regiona turist marağının artmasına səbəb olacaqdır.

Dövlət başçısı qeyd edibki ,inşaat işlərində ,yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır və qısa müddət ərzində böyük işlər görüb.Yolların artıq bir hissəsi hazırdı,dəmir yollarının ,33 tunelin inşası nəzərdə tutulub.Tunellərin ümumi uzunluğu 50km –dən çoxdur.84 körpü inşa ediləcək.Onların bəzisi hazırdı.Bu birinci mərhələdə görüləcək və görülən işlərdir.Qarabağı və Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək .

28 illik işöal dövründə ermənilər bizim bu ərazilərdəki bütün şəhərlərimizi ,kəndlərimizi yerlə yeksan etmişlər.Əsas məqsəd ondan ibarət olub ki,azərbaycanlılar  heç vaxt bu torpaqlara qayıtmasınlar.Hazırda isə bu ərazilərdə geniş miqyaslı tikinti –quruculuq işləri görülür.Evlər sosial obyektlər tikilir,yollar salınır.Sözsüz ki ,bu işlərin görülməsində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin əhəmiyyəti çox böyükdür.Azərbaycan –Türkiyə dostluğu təkcə iqtisadi baxımdan deyil,həm də mənəvi baxımdan birlik nümunəsidir.

Dövlət başçımız Türkiyə -Azərbaycan qardaşlığını yüksək qiymətləndirərək demişdir:Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır,bu bizim üçün böyük xoşbəxtlikdir.Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır və belədə davam edəcək.

Damarımda axan türkün qanıdır

Ürəyimin başındadır vətənim

Odum,ocağımdı,Allah verənim

Zəmim,sərvətimdi,ana vətənim

Nabat Rəfiyeva,
316 saylı körpələr evi-uşaq bağçasının müdiri