17 oktyabr 2022 19:20
531

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.

“İki sahil” xəbər verir ki,  buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.

Qeyd edək ki, Türkiyə - Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.