29 avqust 2026 11:18
97

Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı

“Milan”ın hücumçusu Rafael Leaunun “Qalatasaray”a keçidi ilə bağlı razılaşma əldə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Türkiyə klubu 27 yaşlı portuqaliyalı futbolçu üçün 44 milyon avro ödəyəcək. Bundan əlavə, “Milan” Leaunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizinə sahib olacaq.

Futbolçunun bu gün günün ikinci yarısında İstanbulda tibbi müayinədən keçərək 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağı gözlənilir. Onun illik maaşı 12 milyon avro olacaq.

Rafael Leau ötən mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. O, cari mövsümdə rəsmi matçlarda meydana çıxmayıb.