16 oktyabr 2022 23:23
707

Ris Ceyms DÇ-2022-də oynamayacaq

"Çelsi"nin futbolçusu Ris Ceyms ciddi zədə alıb.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində "Milan"la görüşdə dizindən zədə alan ingilis müdafiəçi 8 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, İngiltərə millisinin üzvü Qətərdə təşkil olunacaq dünya çempionatını buraxacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.