27 avqust 2026 23:50
94

Atletimiz Musab Məmmədtağıyev qitə miqyaslı yarışın ən yaxşı kişi idmançısı adını qazanıb

 

Priştina şəhərində keçirilmiş Avropa birinciliyinin yekunlarına əsasən atletimiz Musab Məmmədtağıyev qitə miqyaslı yarışın ən yaxşı kişi idmançısı adını qazanıb. SİNCLAİR cədvəli əsasında aparılan hesablamalara görə Musab, birincilikdə iştirak edən bütün rəqiblərini qabaqlayıb. O, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyib. Xatırladaq ki, Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində 3 qızıl medal qazanmışdı. 

Digər mükafat isə oğlan atletlərimizin çıxışı ilə bağlıdır. Komandamız toplamda qazandığı medalların sayına və əyarına görə 24 komanda arasında 5-ci olub. Maraqlıdır ki, burada da idmançılarımız Ermənistan kollektivini geridə qoyub. İlk 6 kollektivin sıralanması aşağıdakı kimidir: 

Gürcüstan 
Rusiya 
Türkiyə
Bolqarıstan 
AZƏRBAYCAN
Ermənistan 

Təbrik edirik!!!