İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, bu gün turun mərkəzi matçında "Liverpul" "Mançester Siti"ni qəbul edib. Görüş Mersisayd klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu matçın 76-cı dəqiqəsində Məhəmməd Salah vurub.
Bu nəticədən sonra "Liverpul" 13 xalla 8-ci, "Mançester Siti" 23 xalla 2-cidir. Turnir cədvəlinə 27 xalla "Arsenal" başçılıq edir.