16 oktyabr 2022 21:48
581

"El-Klassiko"nu "Real" qazandı

Bu gün La Liqada "El-Klassiko" keçirilib.

"İki sahil" xəbər verir ki, 9-cu turun mərkəzi oyununda "Real" "Barselona"nı qəbul edib.

Oyun Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticədən sonra "Real" 25 xalla liderliyə yüksəlib. "Barselona" isə 22 xalla ikincidir.

16 oktyabr

18:15. "Real" - "Barselona" - 3:1

Qollar: Benzema, 12 (1:0), Valverde, 35 (2:0), Torres, 83 (2:1), Rodriqo, 90+1 (3:1)
"Santyaqo Bernabeu" stadionu