Bu gün Misli Premyer Liqasında X tur çərçivəsində “Sumqayıt” “Qarabağ”ın qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Almir Aqanspahiç hesabı açıb. 67-ci dəqiqədə isə Ramil Şeydayev hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Musa Qurbanlı “Qarabağ”ı hesabda önə çıxarıb.
Qarşılaşmada son nöqnəti Ramil Şeydayev qoyub. 87-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən millimizin hücumçusu özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Misli Premyer Liqası
X tur
16 oktyabr (bazar)
17:30. “Qarabağ” 3–1 “Sumqayıt”
Qol: Almir Aqanspahiç, 56 (0:1), Ramil Şeydayev, 67 (1:1), Musa Qurbanlı, 73 (2:1), Ramil Şeydayev, 87-pen (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Azersun Arena”