16 oktyabr 2022 15:33
783

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” turnirə hazırlıq məqsədilə iki yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan Futzal Federasiyasından "İki sahil"ə verilən məlumata görə, ölkə çempionu Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.

Oyunlar oktyabrın 21-də və 22-də baş tutacaq.

Bu üzdən ölkə çempionunun IV turda “Neftçi” İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb.