16 oktyabr 2022 02:18
629

Qrizmann "Atletiko"ya qələbə qazandırdı

"Atletiko" La Liqada 9-cu tur oyununa çıxıb.

Madrid klubu "Atletik"in qonağı olub. Matç "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletik" - "Atletiko" - 0:1
Qol: Qrizmann, 47

Bu nəticədən sonra xalını 19-a çatdıran Dieqo Simeonenin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Barselona" 22 xalla (8 oyun) 1-ci, "Real" 22 xalla (8 oyun) 2-cidir.

Qol.az