Misli Premyer Liqasında X tur çərçivəsində "Turan Tovuz" "Səbail"i qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində penaltini dəqiq yetirən Runi Eva hesabı açıb. 12-ci dəqiqədə isə Mazurek bərabərlik qolunu vurub. Oyunun 32-ci dəqiqəsində Okebuqvu Henri yenidən meydan sahiblərini hesabda önə çıxarsa da 54-cü dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib – 2-2.
Matçda başqa qol vurulmayıb.
Misli Premyer Liqası
X tur
15 oktyabr (şənbə)
15:00. “Turan Tovuz” 2–2 “Səbail”
Qollar: Runi Eva, 9-pen (1:0), Mazurek, 12 (1:1), Okebuqvu Henri, 32 (2:1), Ağabala Ramazanov, 54 (2:2)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu