13 oktyabr 2022 22:40
738

"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib

"Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

“İki sahil” xəbər verir ki, bu "köhlən atlar"ın Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Xallarının sayını 9-a çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.

Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-offunda iştirak hüququ əldə edib.