13 oktyabr 2022 15:44
642

Fransa klubunda baş məşqçi istefası

"Reyms" (Fransa) baş məşqçisi Oskar Qarsiya ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib. 

Qarsiya 2021-ci ilin yayından "Reyms"i çalışdırırdı.

Qeyd edək ki, "Reyms" son oyununda ölkə çempionatında PSJ ilə 0:0 hesablı heç-heçə edib. Komanda hazırda turnir cədvəlində 8 xalla 15-cidir.