"Tottenhem"in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun matçında "Ayntraxt"a 3:2 hesabı ilə qalib gəldikləri matç barədə danışıb.
“İki sahil” xəbər verir ki, o, UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib: “Oyun qəribə nəticə ilə başa çatdı, biz çoxlu qol vura bilərdik. Bu vəziyyətdən dərs çıxarmalıyıq. Amma bizim üçün bu, vacib qələbədir”.
Qeyd edək ki, "Tottenhem" hazırda 7 xalla D qrupunda liderdir.