Dövlət quruculuğu sahəsində demokratiya yolunu tutan Azərbaycan Respublikaının bu sahədə həyata keçirdiyi tədbirlər təəssüf ki, Ermənistanın torpaqlarımıza hərbi müdaxiləsi ilə paralel olaraq həyata keçirilirdi. Belə qarışıq siyasi dövrdə dahi rəhbərimiz Heydər Əliyev demokratiyanın inkişafı istiamətində həyata keçirdiyi tədbirlər, o cümlədən, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu və demokratik parlamentin çağırılması dövlətimizin qarşısına qoyduğu məqsədə doğru daha inamla addımladığının sübutu idi. 30 ildən artıq müddət ərzində Ermənistanın Azərbaycana qarşı açıq-aşkar həyata keçirdiyi hərbi və mülki cinayətlər haqqında Azərbaycan iqtidarı Dünya ölkələrini, beynəlxalq təşkilatları, o cümlədən, Avropa İttifaqı dəfələrlə məlumatlandırmış, məsələyə ədalətlə yanaşmağa çağırmışdı. BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan hərbi qüvvələri torpaqlarımızı tərk etmir, hətta vaxtaşırı dinc əhaliyə qarşı cinayətlər törətməyə davam edirdilər.
Lakin ilahi ədalət deyilən bir həqiqət var. Dövlətimizin 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbə beynəlxalq arenada həm də siyasi və iqtisadi gücünüdə müəyyənləşdirdi. Beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə əvvəllərdə mövcud olan əlaqələrin daha da genişlənməsi istiqamətində yeni səhifələr açıldı. Respublikamızın Prezidenti İlham Əliyev siyasi görüşlərdə, diplomatik danışıqlarda xalqımızın mənafeinə uyğun addımlar ataraq uğurlarımızın miqyasını daha da genişləndirir.
2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikoil Paşinyan ilə görüşünün nəticələri Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində önəmli addım atıldığını söyləməyə imkan verir. Praqada qəbul olunmuş Bəyanatda Ermənistan və Azərbaycan Respublikası BMT nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bildirdilər. Bu, Azərbaycan Xalqının maraqlarına tam cavab verir və sülh danışıqlarının davam etdirilməsi istiqamətində vacib amil hesab oluna bilər.
Avropa İttifaqına daxil olan ölkələrin indiki dövrdə enerjiyə, yanacağa olan tələbatının artması fonunda Azərbaycan Respublikası iqtisadi sahədə Avropa İttifaqının önəmli tərəfdaşına çevrilməkdədir. Eyni zamanda, dövlətimiz Cənubi Qafqazda da sülhün və sabitliyin yaradılmasında aparıcı rol oynayır. Beynəlxalq siyasi şəraiti düzgün dəyərləndirən Azərbaycan İqtidarı həm dünyanın demokratik dövlətləri ilə strateji və iqtisadi əlaqələrini genişləndirir , həm də ölkə daxilində demokratiyanın inkişafında və sosial rifahın yaxşılışdırılması istiqamətində mühüm addımlar atır.
Pikə Əhmədova,
Bakı şəhəri, Xətai rayonu, 59 №li tam orta məktəbin direktoru
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir