"Qarabağ"ın hücumçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsində sabah "Oilimpiakos"la keçiriləcək oyun haqda fikirlərini bildirib.
“İki sahil” xəbər verir ki, o, görüş üçün təşkil edilən mətbuat konfransında Yunanıstan klubu ilə ounun çətin olacağını deyib:
"Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq. Bütün azarkeşləri tirubunada gözləyirik".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda kçeiriləcək gprüş saat 20:45-də başlayacaq.