12 oktyabr 2022 13:30
846

Veşoviç "Qarabağ"dan ayrılmaq istəyir?

"Qarabağ"ın futbolçusu Marko Veşoviçlə Rusiya klubları maraqlanıb".

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın "RB Sport" saytına açıqlamasında monteneqrolu futbolçunun agenti Aleksandr Ristiç məlumat verib. O, 31 yaşlı sağ cinah müdafiəçinin qonşu ölkəyə transferini mümkün sayıb: "Həqiqətən də Marko Veşoviçə Rusiya klubları tərəfindən maraq olub. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatır. Əgər qışda ona Rusiyadan təklif gəlsə, Veşoviçə maraqlı olacaq. Marko Rusiya çempionatında oynamaq istəyər".

Xatırladaq ki, Monteneqro millisinin futbolçusu olan Marko Veşoviç 2021-ci ilin iyulunda "Qarabağ"a transfer olunub. Onun müqaviləsi 2023-cü ilin iyunun 30-da başa çatır. Veşoviç komandasının bu mövsüm Avropa Liqasının qrup mərhələsində vurduğu 7 qoldan 2-nin müəllifidir.