12 oktyabr 2022 09:39
681

Mbappe Kavanini geridə qoydu

Kilian Mbappe Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.

“İki sahil” xəbər verir ki,  24 yaşlı hücumçu buna evdə Portuqaliya "Benfika"sı ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya "Valensiya"sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.