6 oktyabr 2022-ci ildə Çex Respublikasının paytaxtı Praqa şəhərində “Avropa siyasi birliyi” Zirvə Toplantısının iclası keçirilmişdir. Toplantı Azərbaycan üçün bir çox mühüm görüşlərilə, müzakirələrilə yadda qalmışdır. Ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediyi Zirvə Toplantısında liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər. Onlardan biri də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Praqa görüşlərinin əhəmiyyətli olacağını bildirmişdir. Ölkə başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülh sazişinin şərtlərinə tam əməl olunması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Cənab Prezident görüşlərin nəticəsi barədə jurnalistlərə müsahibəsində bir neçə dəfə Brüsseldə keçirilmiş üçtərəfli keçirilmiş görüşlərin müsbət əhəmiyyətini bildirmişdir. Praqada Şarl Mişel və Emmanuel Makronun təşəbbüsü ilə keçirilən dördtərəfli görüşdə də mühüm məsələlər müzakirə olunmuşdur. Ölkə Başçısı bu görüşün sülh müqaviləsinin icrası üçün mühüm hesab etmişdir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə görüşlərin əhəmiyyətli nəticə verəcəyini bildirmişdir.
Cənab Prezident qeyd edib ki, Avropa İttifaqı ölkəmiz üçün çox önəmli, əsas ticarət tərəfdaşıdır. Ölkə Başçısı bunu çox yüksək qiymətləndirir. Azərbaycanın tədbirə Avropa tərəfindən dəvət olunması ölkəmizə verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir