Prezident İlham Əliyevin siyasi fəaliyyətində həyata keçirdiyi məqsədyönlü siyasət dünyada irqi,milli,etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmet edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib.Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı,ölkəmizin iqtisadi,siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar aparan Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə,möhkəm nizam-intizam,yüksək döyüş ruhu ilə seçilən,düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.Prezidentin vurğuladığı kimi,Silahlı Qüvvələrimiz dünya miqyasında ən güclü ordular sırasında yer alır və 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə bunun bariz nümunəsidir.Avropa siyasi birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək,Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.Azərbaycan Ordusunun tarixi Qələbəsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlaması və Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra delimitasiya və demarkasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilməsi barədə müzakirələr olmuşdur.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir.Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.Bu,həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir.Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır.Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.Enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir.Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub.Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır.Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib.Bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya,Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.Əlbəttə ki,Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir.Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub.3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.
Eyni zamanda, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu,ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu,layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinəçevirir.Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir.İkinci Qarabağ müharibəsindən sonra ötən ilin 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var.Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək,həvəsləndirmək arzusundadır.Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir.Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək.Bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik.Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq,biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq,o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq.Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq.İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir.Birincisi Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək.İkincisi Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq.Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət göstərəcək.Xəzər regionunda ən böyük dəniz donanmasına malik olması bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir.Azərbaycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib.
Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü,dəmir yolu xidmətləri 11-ci,hava yolu xidmətləri 12-ci yerdədir.Bu, həqiqətən də,onu göstərir ki,Azərbaycan hökuməti infrastruktura böyük sərmayə yatırıb.Əlbəttə ki,regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək.Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik.Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan üçün xarici siyasət istiqamətlərinin ən önəmli qollarından biri də Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olmuşdur.1996-cı ildə tərəflər arasında imzalanan “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş ikitərəfli və çoxperspektivli münasibətlərin formalaşması,yeni mərhələyə qədəm qoyması baxımından olduqca mühüm rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən xarici və daxili siyasəti nəticəsində davamlı surətdə inkişaf edən Azərbaycan bu marağın əsas səbəblərindən biri idi.Cənubi Qafqaz regionu üzrə yeni qonşuluq proqramının yaradılması da bu fikri qüvvətləndirən amillərdəndir.Həmin dövrdən etibarən sürətli inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan çox keçmədən Cənubi Qafqazın lider dövlətinə çevrildi. Respublikamızın bu inkişafı qonşu dövlətlərin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nəzərindən yayınmadı.Avropa İttifaqı əsas ticarət tərəfdaşımızdır.
Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Mövcud əlaqələrə əlavə,növbəti təkan verilməlidir.Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq,əsasən,maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Aİ Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir!

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir