1994-cü ildə biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən baş vermişdi. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdi. Bu dəfəki müharibəni Azərbaycanın başlatmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”. “Mən münaqişənin aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq”.
Prezidentimiz bildirib ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir: “Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, – bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, – İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar.
Vətən müharibəsindən sonra Qarabağda başlanılmış genişmiqyaslı yenidənqurma ilə yanaşı, insanların şüurunda da dəyişiklik baş verib. İndi dinc erməni əhalisi də müharibə istəmir. Onlar yaxşı bilirlər ki, Ermənistan tərəfi haqsızdır. Onu da bilirlər ki, Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisidir. Bunu erməni əsilli ekspertlər, politoloqlar da dəfələrlə etiraf ediblər. 44 günlük Vətən müharibəsi başa çatandan sonra dövlət başçımız cənab İlham Əliyev dəfələrlə Azərbaycanın sülh istədiyini bildirib. Qeyd edib ki, biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Müsbət cavab alınmasa da, Azərbaycan rəhbəri bu məsələdə də konstruktiv və səbirli mövqe sərgiləyir: "...Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər. Nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər".
Yaşasın Müstəqil Azərbaycan dövləti!
Yaşasın Ali Baş Komandan Cənab Prezident İlham Əliyev!
Elnur Əmirəslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir