11 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında daha bir cüdoçumuz bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, 100 kq. çəkidə yarışan cüdoçumuz Zelim Kotsoyev ilk görüşündə isveçrəli idmançı Daniyel Eyxi, 1/8 finalda Qazaxıstanlı idmançı Nurlixan Şarxanı, ¼ finalda isə Xorxe Fonsekanı məğlub edib. Zelim bürünc medal uğrunda görüşdə Belçika təmsilçisi Toma Nikiforova qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə çıxıb.
Qeyd edək ki, bundan əvvəl Dünya çempionatında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bürünc medal qazanıb.