Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu bütün dövlətlərlə və təşkilatlarla yaxın əməkdaşlıq əlaqələrini təmin edir. Bu mənada, Avropa İttifaqı ilə də bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. Bu əməkdaşlıqlar çoxşaxəli olsa da, əsasən enerji məsələlərini əhatə edir. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Aİ Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə də böyük töhfə verir. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə sülhə daha da yaxınlaşırıq. Oktyabrın 6-da baş tutan dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdi və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub.
Görüşlərin yeganə məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına fokuslanıb. Artıq XİN rəhbərlərinin iştirakı ilə də toplantılar keçirilib. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşlərin ardı kəsilməməlidir. Praqada keçirilən tədbir Azərbaycanın növbəti diplomatik qələbəsi sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilən bəyanat ölkəmizin maraqlarını təmin edir.Bu bəyanatla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. İlham Əliyevin yeni yaradılan beynəlxalq platformanın –“Avropa siyasi birliyi”nin Zirvə Toplantısında iştirak etməsi üçün edilən dəvət ölkəmizin, Prezidentimizin beynəlxalq aləmdə nüfuzunun təqdimatıdır. Cənab İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bununla bağlı suala cavabında bildirdi ki, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsini, əlbəttə, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır. Ölkəmizin gündəmə gətirilən məsələlərin müzakirəsində mövqeyi xüsusi əhəmiyyət kəsb edir.
Praqada 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin edildi və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində alındı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət hər zaman öz sözünü deyir. Praqa görüşünün mühüm məqamlarından biri də Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verməsidir. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir. Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları, həmçinin mövqeyi prinsipial olaraq təmin olundu. Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alındı.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir