Kremlə xəyanəti İrəvana baha başa gələcək
Ötən həftə Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunmuş «Avropa siyasi birliyi» Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş və sonunda verilən birgə bəyanat Azərbaycan diplomatiyasının daha bir qələbəsidir. Bu bəyanat İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ölkələrin ərazi bütövlüyü və suverenliyinin əks olunduğu ilk sənəddir. Bəyanatda elan edilən müddəalar rəsmi İrəvanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını təsdiqləyir. Bununla Ermənistan 30 ildən sonra qondarma «referendum» və «status» tələbindən imtina etmiş olur. Bəyanatda BMT Nizamnaməsinə və 1991-ci ildə qəbul olunmuş Alma-Ata Bəyannaməsinə istinad isə Azərbaycan və Ermənistan arasında hələlik mövcud olmayan dövlət sərhədlərinin delimitasiyası üçün əsas rol oynayacaq.
Qeyd edək ki, delimitasiya üzrə komissiyanın növbəti iclasının oktyabrın sonunda Brüsseldə keçiriləcəyi razılaşdırılıb.
Praqa bəyanatının ən vacib bəndlərindən biri də Azərbaycanla Ermənistan arasında sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsi və bu məsələdə də Azərbaycanın öz şərtlərini qəbul etdirməsidir. Belə ki, mətbuata verilən açıqlamalara görə, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron bu komissiyanın hər iki tərəfdə fəaliyyət göstərməsini istəyiblər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisində belə bir komissiyanın fəaliyyət göstərməsinə razılıq verməyərək ölkəmizin bu komissiya ilə sadəcə əməkdaşlığına razılaşıb. Bəyanatda bununla bağlı öz əksini tapmış müvafiq cümlə ona dəlalət edir ki, əgər komissiya fəaliyyətində hər hansı qeyri-obyektiv davranışlara yol versə, rəsmi Bakı avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər.
Qeyd edək ki, bu missiya öz işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdırmalıdır. Missiyanın tərkibinin düzgün formalaşması, burada təmsil olunan üzvlərin tərəfsizliyi, öz işlərini ədalətlə, ikili standartlardan kənar şəkildə yerinə yetirmələri hazırda əsas gözləntilərdəndir. Praqa bəyanatında diqqəti çəkən ən vacib məqamlardan biri də bütün cidd-cəhdlərə baxmayaraq, Ermənistan və Fransanın bəyanata Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı hər hansı cümlə daxil etdirə bilməmələridir. Beləliklə, Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın ardınca artıq Fransa da Minsk qrupunun fəaliyyətinə ehtiyac olmadığını etiraf etməkdədir.
Burada diqqət çəkən məqam odur ki, Praqa görüşlərində Ermənistan rəhbərliyi daimi müttəfiqi hesab edilən Rusiyadan üz çevirdiyini açıqca hiss etdirdi. Hələ ötən yazılarımızda bildirmişdik ki, Ermənistanın son bir neçə ildə hərbi müttəfiqi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək gözləntiləri tamamilə iflasa uğrayıb. Ona görə də bu təşkilatda əsas söz sahibi olan Rusiya indi ölkədə az qala düşmən dövlət kimi qəbul olunur. İrəvanda keçirilən aksiyalarda da çox sərt şəkildə anti-Rusiya şüarları səsləndirilir. Hətta ermənipərəst jurnalist, televiziya aparıcısı Vladimir Solovyov açıq şəkildə Ermənistanı satqınçılıqda ittiham edib. Onun sözlərinə görə, Ermənistanda hələ də anlamırlar ki, bu ölkənin varlığı Rusiyaya sığınmaqdan keçir.
Ermənistanın Rusiyadan üz çevirməsi faktı Praqa görüşlərində də açıq şəkildə müşahidə olundu. Belə ki, Praqada Ermənistan rəhbərliyinin Rusiya ilə açıq şəkildə düşmənçilik edən Fransaya üstünlük verməsi və hətta Rusiya qoşunlarının yerinə Avropa İttifaqı və konkret isə Fransa hərbçilərinin ölkəsində olmasını ifadə etməsi onlara baha başa gələcək. Düzdür, bu istək hələlik Fransa tərəfindən real görünmür. Çünki bu, birbaşa Rusiya ilə Fransa arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Artıq Ermənistanın bu istəyi Rusiyada birmənalı olaraq xəyanət kimi qəbul edilir.
Ermənistanın daha bir anti-Rusiya hərəkəti də Kremlin ciddi narazılığına səbəb olub. Belə ki, Paşinyan hakimiyyətinin Ermənistandakı Rusiya hərbi bazaları, rus xüsusi xidmət servislərinin əməkdaşları barədə bütün mövcud məlumatları ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat qurumlarına təqdim etməsi barədə məlumatlar yayılıb. NATO qərargahından məqsədyönlü şəkildə sızdırıldığı şübhə doğurmayan həmin məlumatların Kremldə artıq təhlil edildiyi və yaxın vaxtlarda Rusiyanın Ermənistana qarşı adekvat addımlar ata biləcəyi gözlənilir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da açıq şəkildə bildirir ki, Rusiya Ermənistanın açılmasına razı olmadığı Zəngəzur dəhlizi məsələsində onların deyil, məhz Azərbaycanın və Türkiyənin yanındadır: « Ona görə də bizim müttəfiqlərimizə yenidən baxmağımız lazım gəlir.»
Təbii ki, Ermənistan Qərbin, o cümlədən Fransanın timsalında sığınmağa yeni himayədar axtarır. Daim başqalırının qucağında oturmaqla öz milli ləyaqətlərini başqalarının ayaqları altına atmaq əsl erməni xarakteridir. Belə iyrənc xarakter və siyasətlə nə ciddi dövlət qurmaq olar, nə də ki, inkişaf etmək…
Elçin Zaman, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir