Ermənilərin xarici havadarlarının köməyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının müzəffər ordumuz tərəfindən işğaldan azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti çox ağrılı və ciddi bir məsələyə - təqribən 30 il ərzində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, insan adına sığmayan dağıntılara, bu ərazilərdə olan həyatın son izlərinin də silinməsinə yönəldi.
Erməni vandalizminin xarabalığa çevirldiyi rayonlarımızdan biri də Ağdam rayonudur. Ən acınacaqlı mənzərə Cəbrayılda, Füzulidə, Zəngilanda olduğu kimi, Ağdamda da məscidlərimizin, qəbiristanlıqlarımızın və digər abidələrimizin darmadağın edilməsidir. Azərbaycan xalqına, İslam dininə nifrət hissi ermənilərdə o qədər kin-kidurət yaradıb ki, məscidlərimizi tövlə edib, məzarlarda yatan ölülərimizi belə rahat buraxmayıblar. Qəbirüstü abidələri və məzar daşlarını gülləbarana tutmaları bir yana, erməni faşistləri goreşənlər kimi qəbiristanlıqlarda bütün məzarları açıb eşərək, cəsədlərin qalıqlarını çıxarıb sümükləri ətrafa yayıblar... Bax bu, dünya tarixində görünməmiş erməni murdarlığıdır.
Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev digər ərazilərdə olduğu kimi, Ağdamda da bərpa və yenidənqurma işlərini şəxsi nəzarətində saxlayır. Prezident İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirakı və çıxışı bu xüsusda qeyd olunmalıdır.
Mais Günəşli,
YAP-ın gənc fəalı.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir