09 oktyabr 2022 10:27
415

Erməni vandalizminin ən bariz nümunələrini Ağdamda görmək olar

 1993-cü il işğalından sonra Ağdam rayonu iki hissəyə ayrılmışdı: Azərbaycanda qalan hissələrdə həyat qaynayır, təmas xəttindəki kəndlərdə insanlar gündəlik qayğıları ilə məşğuldurlar. Onlar hətta neytral zonada da əkib-becərirlər. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır. Ermənilər burada daşı daş üstündə saxlamamışdılar. İşğaldan azad edildikdən sonra Ağdamda bir sıra genişmiqyaslı bərpa proqramı hazırlanıb. Bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, görünməməyi mümkünsüzdür. danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Azərbaycan xalqının cəkdiyi zülmlərə baxmayaraq biz sülh istəyirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik. Ermənistan Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirməlidir və sülhə razılaşmalıdır. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması üçün cənab prezident İlham Əliyev əlindən gələni edir.  300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər artıq inşa olunub. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı