Milli dövlətçilik Azərbaycan xalqı üçün yeni anlayış deyil. Min illərlə Azərbaycan xalqının çox qüdrətli dövlətləri olubdur və onların mənəvi-əxlaqi davamı müasir dövlətçiliyimizdə öz əksini tapmaqdadır. Müstəqillik xalqımızın əldə etdiyi ən böyük və ən qiymətli tarixi nailiyyətdir. Bu gün inkişaf etmiş dövlətlərin yüksəlişini təmin edən amillərdən biri də demokratik cəmiyyətin qurulmasıdır. Demokratiya, hüquqi dövlət, insan hüquqları prinsipləri respublikamız üçün əsas istiqamətlərdir və ölkəmiz onların inkişafına çalışır. Lakin bu gün demokratiya bizim üçün məqsəd deyil, milli dövlətçiliyimizin möhkəmləndirilməsi vasitəsidir. Məqsədimiz isə cənab prezidentimizin dediyi kimi, müstəqilliyimizin əbədi və dönməz xarakter almasıdır, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasıdır. Bunun üçünsə daxili və xarici siyasətin formalaşması vacib şərtdir. Müasir dövlətçilik hüququ, demokratik dövlət quruculuğunu, insan hüquq və azadlıqlarının təmin edilməsini, azad sahibkarlığı, milli maraqlara cavab verən çevik xarici siyasətin yeridilməsini diqqət edir. Daxili iqtisadi-siyasi sabitlik və inkişaf, dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial ədalət prinsipinin yüksək səviyyədə qorunması xarici siyasətin də güclü olmasına gətirib çıxarır. Xarici siyasətdə isə istiqamətlərin, prioritetlərin və müttəfiqlərin düzgün müəyyənləşdirilməsi, bu mürəkkəb dünyada düzgün qərar qəbul edilməsi Azərbaycan dövlətçiliyinə kömək edən vacib şərtlərdəndir.
Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasına Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünü göstərə bilərik. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir: “Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir. Həmçinin Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. O, hər bir məsələdə Azərbaycanı dünyada humanist, sülhsevər ölkə kimi tanıdıb”.Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsinin əsas hesab olunmasıdır: ”Bununla da Ermənistan Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir, eləcə də suverenliyi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edir. Təbii ki, sülh sazişinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycanın əsas hədəflərindən biri də bu idi. Dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi, dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı. Prezident İlham Əliyev 2 hissədən ibarət və beş saatdan artıq davam edən gərgin Praqa görüşündə ölkəmizin maraqlarını şərəflə təmin etdi. Sübut etdi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz”.Məlumdur ki, parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra qalib Azərbaycan dəfələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin vacibliyini vurğulayıb. Həmçinin bu məqam Ermənistana təklif olunan beş maddəlik prinsipdə də öz əksini tapıb. Odur ki, görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi məsələsində də razılığın əldə olunması ölkəmizin maraqlarına tamamilə uyğundur”. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir